"Tərtər işi": Bu şəxslərə hökm oxundu

15:54 - 28 Dekabr 2023 - GÜNDƏM

"Tərtər işi" ilə bağlı təqsirləndirilən İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidova hökm oxunub.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə hökm Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda elan edilib.

Hökmə əsasən, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidov 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, prokuror Ziya Kazımovun 12 il 6 ay, İntiqam Məmmədovla Ülvi Rəşidovun 10 il 6 ay, Rahib Məmmədovun isə 8 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, adları çəkilən şəxslər ötən il cinayət məsuliyyətinə cəlb ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol