Fransanın Azərbaycandakı səfirliyinin iki diplomatik statusa malik əməkdaşını “persona-non qrata” elan edilməzdən əvvəl Fransa səfirliyinə nota göndərilib və məsələlərin araşdırılması zərurəti vurğulanıb.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, Fransa tərəfi günahsızlıqlarında əmin idisə, araşdırma apara bilərdilər:
“Ancaq buna getmədilər və səfir XİN-ə dəvət olundu və etiraz səfirə bildirildi”.
Nazir bildirib ki, ortaya heç bir əsas qoymayan Fransa tərəfindən səfir Leyla Abdullayeva Fransa XİN-ə çağırılıb və iki Azərbaycan diplomatı ilə bağlı qərar ona təqdim olunub.
"Ancaq addmımızla Fransanın addımı arasında böyük fərq var, biz sübutlarla danışdıq", - o deyib.
- Dünyanın ən gözəl sözü seçildi
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı
- Qarabağ Universiteti ilə bağlı bu qərar düz deyil - Ekspert