Çeçenistan rəhbəri Ramzan Kadırov bloger Nastya İvleyevanın “Çılpaq gecə” şousunun iştirakçılarını Qudermesdəki Xüsusi Təyinatlılar Universitetində xidmət və məşq keçməyə dəvət edib.
BUTA.TV xəbər verir ki, bu barədə Kadırov özünün Teleqram kanalında yazıb.
“Beləliklə, gecə iştirakçıları ölkə üçün çətin bir dövrdə vətənpərvərlik və empatiya nümayiş etdirə, rus vətənpərvərlərə hansı prinsiplərin rəhbərlik etdiyini başa düşə və onları ruhlandıra biləcəklər. Rusiya Xüsusi Təyinatlılar Universitetində təcrübə faydalı və maraqlı olacaq. Hər kəsi bağışlamaq olar, əsas odur ki, səmimiyyət sözdə deyil, real əməllərdə olsun”.
Qeyd edək ki, teleaparıcı Anastasiya Nastya İvleyevayanın qalmaqallı “Çılpaq gecə”sində tanınmış aparıcı Kseniya Sobçak və xalq artisti Filif Kirkorov da olub. Bu addımına görə Kirkorovun “xalq artisti” titulundan məhrum edilməsi təklifi səsləndirilir.
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı
- Qarabağ Universiteti ilə bağlı bu qərar düz deyil - Ekspert
- İçərişəhərdəki məşhur restoranların icarədarından narazılıq - Müqavilələri uzadılmır