Külək məktəblərdə ciddi problem yaratmayıb - Təhsil İdarəsi

18:46 - 28 Dekabr 2023 - GÜNDƏM

 Külək məktəblərdə ciddi problem yaratmayıb - Təhsil İdarəsi

Güclü külək nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində ciddi problemlər qeydə alınmayıb.

Bu barədə BUTA.TV-a idarədən məlumat verilib.

Bildirilib ki, bir neçə təhsil müəssisəsinin həyətyanı sahəsində ağacların aşması halları müşahidə olunub. Bu barədə aidiyyəti qurumlara məlumat verilib və müvafiq tədbirlər görülüb. Hava şəraiti davamiyyətə təsir etməyib.

Qeyd edək ki, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol