Azərbaycanın Əfqanıstanda səfirliyi açılacaq

19:04 - 28 Dekabr 2023 - GÜNDƏM

 Azərbaycanın Əfqanıstanda səfirliyi açılacaq

Azərbaycanın Əfqanıstanda diplomatik missiyası fəaliyyətə başlayacaq.

BUTA.TV-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, gələn il müxtəlif ölkələrdə Azərbaycanın yeni diplomatik nümayəndəliklərinin açılması gözlənilir.

O bildirib ki, bu istiqamətdə işlər davam edir:

"Tailanda, Omanda, Əfqanıstanda diplomatik missiyalarımız fəaliyyətə başlayacaq. Bu, qarşıdakı aylarda ola bilər".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol