Qazaxıstan Talibanı qadağan olunmuş təşkilatlar siyahısından çıxarır.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib.
O bildirib ki, Qazaxıstan ölkədə qadağan olunmuş terror təşkilatlarının siyahısını yeniləmək üçün mütəmadi olaraq yoxlayır:
“Bu prosesin bir hissəsi kimi BMT praktikasına uyğun olaraq Talibanın qadağan olunmuşlar siyahısından kənarlaşdırılması barədə qərar qəbul edilib. Belə ki, BMT Təhlükəsizlik Şurasının məcburi olan qətnamələrinə əsasən, Taliban hərəkatı BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan təşkilatlar siyahısına daxil edilməyib”.
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- Azərbaycanlı tələbə Odessaya dron hücumunda yaralandı
- Qarabağ Universiteti ilə bağlı bu qərar düz deyil - Ekspert
- İçərişəhərdəki məşhur restoranların icarədarından narazılıq - Müqavilələri uzadılmır
- Ştat ləğv edildi, Adıgözəlov xanım müşaviri işdən çıxardı
- Marketdən çanta oğurlayan 61 yaşlı kişi saxlanıldı