Futbol üzrə Türkiyə Super Liqasında XX tura yekun vurulub.
BUTA.TV xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib.
Lider "Fənərbağça"nın ən yaxın izləyicisi "Qalatasaray" doğma meydanda "Kayserispor"u qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Hesabı 26-cı dəqiqədə Viktor Nelson açıb. Qonaqlar 58-ci dəqiqədə Aylton Boa Mortenin qolu ilə tarazlığı bərpa ediblər. 86-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Dris Mertens meydan sahiblərinə çətin və vacib qələbə qazandırıb.
Bu qələbə ilə xallarını 51-ə çatdıran "Qalatasaray" ikinci pillədəki mövqeyini qoruyub. Lider "Fənərbağça"nın isə 53 xalı var.
- Sabah 39 dərəcə isti olacaq
- AZCON-a yeni səlahiyyət verildi
- Prezident Bəxtiyar Aslanbəylini təltif etdi
- Prezident fərman imzaladı
- 2800-dən çox imtiyazlı şəxs müalicə mərkəzlərinə yola salındı
- Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - Foto
- Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
- Ermənistana 14 vaqon buğda göndərildi