İsveçin NATO-ya üzvlük ərizəsi təsdiq edilməmişdən əvvəl Ankara Stokholmun müttəfiq ölkələrə terrorla mübarizədə necə kömək edə biləcəyi ilə bağlı genişmiqyaslı müzakirə aparmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin NATO-dakı keçmiş nümayəndəsi Onur Öymən deyib.
Öymən bildirib ki, vaxtilə Yunanıstan terrorçu PKK lideri Abdulla Öcalana Keniyadakı səfirliyinin ərazisində sığınacaq verib və Ankara bu faktı nəzərdən qaçırmamalıdır:
“Bir sıra NATO ölkələrinin Suriya və İraqda PKK-ya dəstəyini nəzərə almaq lazımdır".
Onun sözlərinə görə, ABŞ-ın Dəməşqdəki son səfiri İraqda fəaliyyət göstərən YPG birləşmələrinin PKK tərəfindən yaradıldığını etiraf edib, Vaşinqton isə PKK-ya dəstəyini gizlətmir:
"İsveçin müraciətinə səs verməzdən öncə Türkiyə parlamenti NATO-nun səhvlərinə və terrorla mübarizə ilə bağlı ikili standartlarına məhəl qoymayacaqmı? Parlament qərar qəbul etməzdən əvvəl alyansın terrorçularla mübarizədə mövqeyini qiymətləndirməlidir".
- Sabah 39 dərəcə isti olacaq
- AZCON-a yeni səlahiyyət verildi
- Prezident Bəxtiyar Aslanbəylini təltif etdi
- Prezident fərman imzaladı
- 2800-dən çox imtiyazlı şəxs müalicə mərkəzlərinə yola salındı
- Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - Foto
- Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
- Ermənistana 14 vaqon buğda göndərildi