Bakının Sabunçu rayonunda silahlı şəxslər saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Rauf Yusifov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.
Sabunçu RPİ-nin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində keçirilən tədbir zamanı isə əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramin Alxasov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah və 15 ədəd patron aşkar olunub. R.Yusifov və R.Alxasov silahları bir müddət əvvəl əldə etdiklərini və polisə könüllü təhvil vermək əvəzinə özlərində saxladıqlarını bildiriblər. Araşdırmalar davam etdirilir.
Həmçinin İdarə əməkdaşları tərəfindən aparılan profilaktik tədbir zamanı Sabunçu rayon sakini olan daha bir nəfər özündə saxladığı müvafiq sənədləri olmayan ov tüfəngini polisə təhvil verib.
- Bitkoin kəskin ucuzlaşdı
- Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar
- Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ
- “Burada müdafiəlik nə var ki?” - AYNA sədrinin müavini 20 min manat maaşdan danışdı
- Hacı Nuranın yenidən səhhətində problem yarandı
- Xankəndidə hazırda nə qədər erməni yaşayır?
- İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...
- İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...