Siyasi coğrafiya nə qədər məhdudlaşdırılmış olsa da xalq bütövdür.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Nizami Cəfərov deyib. Deputat bildirib ki, xalq öz coğrafiyasını hər yerdə yaşadır:
“Biz bu gün uşaqlarımıza, küçələrimizə Təbriz adı qoyuruq. Biz bu adı yaşadırıq. Bu bizim siyasətimizdir”.
Nizami Cəfərov toponimlərlə bağlı müzakirəyə ehtiyac olduğunu diqqətə çatdırıb:
“Bizim bu sahədə yaxşı, təcrübəli mütəxəssislərimiz var. Təkrarlanan adlar çoxdur. Ermənistanda olan yer adları ilə də bağlı mütəxəssislərimiz var”.
Komitə sədri Siyavuş Novruzov Nizami Cəfərovun fikrini dəstəkləyib və bildirib ki, toponimiya sahəsində dinləmə keçirilə bilər:
“Yeni adlara ehtiyac var. Bu yaxınlarda Toponimiya Komissiyasında yeni salınan bir qəsəbəyə Şəfəq adı verdilər. Heç Şəfəqin yeridir?! İndi belə ad qalıb? Bu məsələ bizə gəlməmişdi”.
Qeyd edək ki, 2023-cü il oktyabrın 23-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının iclasında Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi barədə qərar qəbul edilib.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi