ABŞ Konqresində Ukraynaya kömək üçün maliyyə məsələsində razılığın olmaması Vaşinqtonun milli təhlükəsizliyini, NATO və bütün dünyanı təhdid edir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Baydenlə Konqres rəhbərliyi arasında görüşdən sonra Ağ Evin yaydığı bəyanatda deyilib.
Bayden konqresmenlərlə onların hərəkətsizliyinin Ukrayna, ABŞ və dünya üçün strateji nəticələrini müzakirə edib:
“O, Konqres tərəfindən davamlı fəaliyyətsizliyin ABŞ-ın, NATO-nun və dünyanın qalan hissəsinin milli təhlükəsizliyinə təhlükə yaratdığını açıq şəkildə bildirdi. Prezident Konqresi Ukraynanı dəstəkləmək üçün mümkün qədər tez əlavə maliyyə ayırmağa və bununla da ABŞ-ın qətiyyətli olması siqnalını verməyə çağırdı”.
- AZCON-a yeni səlahiyyət verildi
- Prezident Bəxtiyar Aslanbəylini təltif etdi
- Prezident fərman imzaladı
- 2800-dən çox imtiyazlı şəxs müalicə mərkəzlərinə yola salındı
- Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - Foto
- Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
- Ermənistana 14 vaqon buğda göndərildi
- Bakıda ofisdən meyit tapıldı