Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
BUTA.TV xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror Ziya Mansurov ittiham nitqi ilə çıxış edib.
O, məhkəmədən Təranə Səmədovanın 7 il 6 ay müddətinə, Rasim Həsənovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxslərin vəkili İsmayıl Babayev müdafiə çıxışı edib.
Sonra təqsirləndirilən şəxslər Təranə Səmədova və Rasim Həsənov son sözə hazır olmadıqları üçün məhkəmədən vaxt istəyiblər.
Qeyd edək ki, aparılan istintaq zamanı müəyyən olunub ki, T.Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı R.Həsənovla birgə Altay Səfirovun (ad, soyadı şərtidir) fotoşəkillərini əldə edib.
Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o, cümlədən instaqram və digər sosial şəbəkələrində yerləşdirməklə hədələyib. Bu yolla T.Səmədovla R.Həsənov ondan 3 min manat tələb edib.
Beləliklə, ötən ilin noyabrında onlar zərərçəkmiş şəxsdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər.
Bundan başqa, T.Səmədovla R.Həsənov təkrarən Altay Səfərovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib.
Qeyd edək ki, T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Sensasion həbslər gözlənilir, gözlərinin yaşına baxmayacaqlar
- Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı
- Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi
- Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
- Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan
- Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər
- Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?