"Məşədibaba sağ olsaydı, mən heç meyxana deməzdim. Onun olduğu yerdə buna ehtiyac olmazdı".
BUTA.TV xəbər verir ki, bunu Baku TV-nin "Arzunun vaxtı" verilişində mərhum meyxanaçı Məşədibabanın sənətini davam etdirən oğlu Mircəlal deyib. O, atasının yoxluğunu doldurmaq üçün meyxanaya gəldiyini vurğulayıb.
Müzakirələrə səbəb olan toyundan danışan meyxanaçı bunu yaşlı qohumlarına görə etdiyini söyləyib:
"İstəyirdim, onlar toyumu görsünlər. Həm də meyxana elə sənətdir ki, hər an başına nəsə gələ bilər. Bakılılarda gəlinsiz toy etmək adəti var. Buna "lotu toyu" deyirlər".
Mircəlal toyuna gəlməyən meyxanaçılardan da gileylənib:
"Bəzi meyxanaçılar söz verdilər, amma toyuma gəlmədilər. Rəşad Dağlı gəlsəydi, hamısı toyda olacaqdı".
- 2800-dən çox imtiyazlı şəxs müalicə mərkəzlərinə yola salındı
- Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - Foto
- Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
- Ermənistana 14 vaqon buğda göndərildi
- Bakıda ofisdən meyit tapıldı
- Küləkli havada dənizə girmətin! - FHN xəbərdarlıq etdi
- Sabiq nazirin müsadirə olunan mənzili yarım milyona satıldı
- Bəs sən onlara niyə inandın?