Xəbər verdiyimiz kimi, bu gün saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Ələkbərov Elvin Seyidpirəli oğlu qətlə yetirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən, onun qayınatası 1975-ci il təvəllüdlü Tayırov Tayır İdayət oğlu saxlanılıb.
BUTA.TV xəbər verir ki. Metbuat.az hadisə ilə bağlı bəzi təfərrüatları əldə edə bilib. Məlumata görə, Elvin Ələkbərov xanımı ilə 2017-ci ildə ailə həyatı qurub. Bir il sonra onların qız övladları dünyaya gəlib. Ailədə tez-tez münaqişə baş verirmiş. Dünən axşam saatlarında Elvin həyat yoldaşını döyüb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Bu gün günorta saatlarında 35 yaşlı Elvin qayınatası tərəfindən çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.
- 2800-dən çox imtiyazlı şəxs müalicə mərkəzlərinə yola salındı
- Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - Foto
- Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
- Ermənistana 14 vaqon buğda göndərildi
- Bakıda ofisdən meyit tapıldı
- Küləkli havada dənizə girmətin! - FHN xəbərdarlıq etdi
- Sabiq nazirin müsadirə olunan mənzili yarım milyona satıldı
- Bəs sən onlara niyə inandın?