Bu yaxınlarda keçirilən sorğunun nəticələri aldatmağa ən çox meylli olan bürcləri üzə çıxarıb. Təbii ki, kiminsə ulduz falına baxaraq sizi aldatdığını müəyyən edə bilməzsiniz, ancaq onun niyə və necə aldadıla biləcəyinə dair ipuçları əldə edə bilərsiniz.
Yenisabah.az həmin bürcləri təqdim edir:
Şir
Şir bürcü dramı sevir. Onlar alovlu şəxsiyyətlərini nümayiş etdirməyi xoşlayırlar. Onların təxminən 36 faizi öz partnyorlarını aldadıb. Bu siyahıda ən yüksək dərəcədir. Bəs niyə? Şirlər diqqət mərkəzində olmaq istəyirlər və əgər siz Şir bürcünü kifayət qədər alqışlamasanız, bunu bacaran fanat axtarışına çıxacaqlar.
Qoç
Tədqiqata qatılan Qoç bürclərinin 34 faizi aldatmağa meyillidir. Qoç atəş bürcüdür və Mars tərəfindən idarə olunur. Buna görə o, bu qədər impulsivdir. Onlar düşünmədən hərəkət etməyə meyllidirlər, baxmayaraq ki, bəziləri bunun öhdəsindən gələ bilər. Əgər aldadırlarsa, buna görədir.
Əkizlər
Əkizlər bürcündə doğulan insanlar adətən təsadüfi əlaqələrə üstünlük verirlər. Buna görə də onlardan 31 faizinin aldatması və ya aldatmağa yaxınlaşması təəccüblü deyil. Super sosial hava əlaməti olaraq Əkizlər asanlıqla darıxır. Əkizlər iki nəfər kimi təmsil olunduğu üçün onların ortaqları hər iki insanı qane etməyi bacarmalıdır. Ancaq bu iki nəfərdən biri təkarvadlılığa meylli olsa da, digəri olmaya bilər.
- İşıq, qaz “sabit tarifə” keçir: nə deməkdir və nə olacaq?
- Əsədov Daşkənddə Qarabağla bağlı çağırış etdi
- Kreml istəyir ki, Bakı Krımı Rusiyanın tərkibində tanısın
- Azərbaycan XİN Avstriyaya başsağlığı verdi
- Berdiməhəmmədov Azərbaycana gəlir
- Medinski “Qarabağ”ı məqsədli xatırlatdi: Mesaj nədir?
- İrəvan Zəngəzura razılaşsa, İran nə edəcək?
- Rusiya Qarabağla bağlı yenə nə “plan” qurub?