Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd verilməsi qaydalarına dəyişiklik edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd veriləcək.
Təqaüd Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara, onların məşqçilərinə, milli yığma komandanın baş məşqçisinə və məşqçilərinə yalnız nağdsız qaydada ödəniləcək.
Olimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 2 misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə minimum əməkhaqqının 1,5 misli məbləğində təqaüd ödəniləcək. İndiyə qədər Hər ay hər bir idmançıya 200 (iki yüz) manat, onun məşqçisinə 160 (yüz altmış) manat, baş məşqçi və komandanın məşqçisinin hər birinə 100 (yüz) manat məbləğində təqaüd ödənilirdi.
Paralimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 1 misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə minimum əməkhaqqının 0,5 misli məbləğində təqaüd ödəniləcək.
- 2800-dən çox imtiyazlı şəxs müalicə mərkəzlərinə yola salındı
- Jurnalistin dənizdə batan qardaşı tələbə imiş - Foto
- Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
- Ermənistana 14 vaqon buğda göndərildi
- Bakıda ofisdən meyit tapıldı
- Küləkli havada dənizə girmətin! - FHN xəbərdarlıq etdi
- Sabiq nazirin müsadirə olunan mənzili yarım milyona satıldı
- Bəs sən onlara niyə inandın?