Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) saytından “Dağlıq Qarabağ problemi” bölməsi silinib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Sergey Melkonyan sosial şəbəkədəki hesabında yazıb.
“Ermənistan Xarici İşlər Nazirliyinin saytında həmişə “Dağlıq Qarabağ problemi” bölməsi olub. Bölmə erməni, rus, ingilis və fransız dillərində mövcud idi. Bu səhifə indi bütün dil versiyalarından silinib”, - politoloq qeyd edib.
“Əgər bu texniki səhv deyilsə (buna şübhə edirəm), onda Ermənistan artıq texniki və rəsmi olaraq Azərbaycanla həmrəydir. Dağlıq Qarabağ problemi artıq mövcud deyil”, - o əlavə edib.
- İki gün güclü külək əsəcək – Xəbərdarlıq
- Məhəmməd Hüseynov vəzifəsindən azad olundu - Foto
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycan Ukraynaya 40 ton avadanlıq göndərib
- Bayramov baş həkimi vəzifəsindən azad etdi - Foto
- İşdən çıxarılan məmura yeni vəzifə verdi
- Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşdu - Video
- Gülay atasının cinayət işinə görə idmandan uzaqlaşdırılıb