Bu ərazilərimizə qar yağdı

11:10 - 24 Fevral 2024 - GÜNDƏM

 Bu ərazilərimizə qar yağdı

Fevralın 24-ü saat 10:30-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şərurda 5 sm, Şahdağda 4 sm, Qrızda 3 sm, Qobustanda 1 sm olub.

Düşən yağıntının miqdarı Oğuzda 11 mm, Neftçalada 7 mm, Qaxda 5 mm, Göygöl, Balakən, Şərur, Şahbuz, Şabran, Qobustan, Qəbələ, Şəki, Zaqatala, Daşkəsən, Gədəbəy, Sədərək, Ordubad, Lerik, Sabirabad, Naxçıvan, Şərur, Culfa, Naftalan, Gəncə, Ağdam, Şamaxı, Quba, Qusar, Xaltan, Tərtər, Beyləqan, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Biləsuvar, Yardımlı, Astara, Göytəpədə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 6 mm-dək olub.

Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Qobustan, Şamaxı, Quba, Qusar, Qrız, Şahdağ, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb.

Bu xəbər hal-hazırda çox oxunur
Nazirlik bu universiteti cərimələdi

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 5 dərəcəyədək isti, Naxçıvan MR-də 1, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 14 dərəcəyədək şaxta olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol