Müstəqilliyimizin ilk illərində Azərbaycana sərmayə qoyan kiprli iş adamı Əfruz Sami Müdüroğlunun Azərbaycandakı varisləri ölkədən qaçıb.
Bu barədə Gununsesi.info-nun məlumatlı mənbədən əldə etdiyi bilgiyə görə, Müdüroğlu ailəsinin gəlini olan Dövlət Neft Fondu icra direktorunun müşaviri Nərgiz Nəsrullayeva da həyat yoldaşı ilə birlikdə vətəndaşı olduqları Avropa ölkələrindən birinə gedib. Buna səbəb isə “Landmark” Biznes Mərkəzinin sahibi olan Müdüroğlu ailəsinin Bakıdakı biznesi ilə bağlı yaranmış vəziyyət olub.
Nərgiz Nəsrullayeva da Müdüroğlu ailəsinin ölkəmizdəki biznesinin qanuni təmsilçisidir.
Qeyd edək ki, ailənin sahib olduğu “Landmark” ölkədə ilk biznes mərkəzlərindən sayılır.
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyəyə getdi - Kürəkəninə ağır cəza tələb etdi
“Landmark” Biznes Mərkəzi 1990-cı illərin sonunda Bakının mərkəzində köhnə dəyirman deyilən ərazidə kıbrıslı mühəndis və tanınmış iş adamı Efruz Sami Müdiröğlunun tərəfindən inşa edilib.
“Landmark” Biznes Mərkəzinin qanuni təmsilçisi də Nəsrullayeva Nərgiz Müdüroğlu Namiq qızıdır.
O, mərhum iş adamının oğlu Eran Müdüroğlunun həyat yoldaşıdır.
Məlumata görə Nəsrullayeva Nərgiz Müdüroğlu 1996-2001-ci illərdə Azərbaycanın İqtisadiyyat naziri, 2001-2007-ci illərdə Hesablama Palatasının 1-ci sədri vəzifəsində çalışmış Namiq Nəsrullayevin qızıdır.
Dövlət Neft Fondundan isə saytın sorğusuna cavab olaraq, Nərgiz Nəsrullayeva ilə bağlı konkret fikir bildirməyiblər. “Nərgiz xanımın işə çıxıb-çıxmamasından məlumatsızıq” deyə Fondun İctimaiyyətlə Əlaqələr Departamentinin adının çəkilməsini istəməyən əməkdaşı əlavə edib.
- Ukraynanın Arktikaya misli görünməmiş hücumu: Qərb narahatdır
- 2028-ci ilə qədər Rusiyanın bütün resursu tükənəcək - Kəşfiyyat
- Ukrayna ABŞ üçün müharibə modeli hazırladı - Gilmor
- Ukrayna savaşında dönüş nöqtəsi nə zaman olacaq?
- Quba-Xınalıq yolu çökdü - Video
- 1000 ildən sonra ilk dəfə sərgilənən - Sənət əsəri
- Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
- Ukraynalı modelin olduğu təyyarə qəzaya uğradı