Nəzarətə alınmayan yüksək təzyiqin sonu insultdur.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, kardioloq Vladimir Qlaqolev insultdan qorunmaq üçün artıq hansı mərhələdə dərman qəbulunun vacibliyini açıqlayıb.
“Çox insanlar bəzən az yüksək təzyiqi normal, iş təzyiqi və təhlükəsiz hesab edir. Halbuki artıq 135-dən yuxarı təzyiq infarkt və insult riskini artırır.
Sistolik yuxarı təzyiq 130-u keçdisə, patologiyalar riski artır.
140/90 civə sütununda daimi təzyiq artıq dərman qəbul etmək üçün əsasdır. Uyğun seçilmiş dərman insult riskini effektiv azaldır. Kontrola alınmayan təzyiq xəstəsi ensefalopatiya, demensiya, böyrək çatışmazlığı ilə də qarşılaşa bilər.
130-a çatan təzyiqi həkimlə məsləhətləşmək lazımdır.
İlk öncə çəkini azaltmaq, qidanı dəyişmək, siqaret, içkidən imtina olmalıdır. Bununla belə, təzyiq 135-i keçirsə, uyğun dərman mütləqdir”.
- Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü
- Sabahdan tələbələr kredit üçün müraciət edə biləcəklər
- Tovuzda ağır qəza: azyaşlı yaralandı
- Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü