Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu Ramazan bayramı münasibətilə Türkiyə Cümhuriyyətinin bu ölkədəki səfiri Tanja Bilgiçi qəbul edib.
BUTA.TV xəbər verir ki, Azərbaycan səfiri həmkarını müqəddəs ayın sona çatması ilə bağlı səmimi qəlbdən təbrik edərək, ona və onun simasında qardaş Türkiyə xalqına firavanlıq arzulayıb. Türkiyə səfiri öz növbəsində Polad Bülbüloğlunu və qardaş Azərbaycan xalqını bayram münasibətilə təbrik edərək, gələcək qələbələr və azad edilmiş ərazilərin bərpası işində yeni uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan və Türkiyə arasında ikitərəfli münasibətlərin ayrı-ayrı aspektləri müzakirə olunub, həmçinin regional gündəliyin cari məsələlərinə dair fikir mübadiləsi aparılıb.
- Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır - Əli Əhmədov
- Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?
- Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi
- Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev
- Sülh sazişinin paraflanması... - Prezident
- Bakıda mühüm forum keçirilir
- Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...