Hamı öz rolunu gözəl oynadı, hər bir siyasi aktyor karlı çıxdı.
BUTA.TV xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, əslində bu yaxşıdır, əsas odur ki, böyük müharibə olmasın:
1. İran qabağından yemədi, cavab verdi (guya), imicini qorudu. Özü də əvvəlcədən hara, nə qədər, hansı model PUA və raketlərlə "zərbə" endirəcəyini elan etməklə bu addımı atdı. Bölgədəki proksiləri də işin içində olduqlarını, onun sözünə baxdıqlarını göstərdi;
2. İsrail Qəzzada etdiklərinə görə itirməkdə olan beynəlxalq dəstəyini bərpa etdi, atdığı addımlara legitimlik qazandırdı, daxildə dəstəyi azalan indiki hökumət atılan PUA və raketlərin 99%-ni məhv edərək daxildə nüfuzunu "təmir" etdi;
3. ABŞ İran və İsrail arasında yaxşı moderatorluq edib, hələ də dünyada əsas rejissor olduğunu göstərdi.
Hətta tamaşının zamanı da razılaşdırılmışdı - şənbədən bazara keçən gecə, yəni dünya birjaları qapalı olan zaman baş verdi ki, neft və digər məhsullarda ciddi qiymət artımı olmasın və bunun tamaşa olması, bir daha deyim ki, yaxşıdır, deməli, hələ dünyada diplomatiya ölməyib”.
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü
- Keçmiş nazir vəfat etdi
- Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı - Video
- ABŞ-dən bu ölkələrdəki vətəndaşlarına - Xəbərdarlıq
- Su kanalı yarıldı: Həyətlər su altında qaldı - Video
- İşi evindən 150 kilometr uzaqdadır - Hər gün helikopterlə gedəcək