ABŞ-dakı bəzi siyasi qruplar, o cümlədən israilyönlü qruplar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-na planlaşdırılan Vaşinqton səfərini ləğv etmək üçün səy göstərir.
BUTA.TV xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin köşə yazarı Əbdülqədir Selvi yazıb.
Selvinin fikrincə, amerikalı lobbiçilər iddia edirlər ki, Ərdoğanın HƏMAS lideri İsmayıl Haniyə ilə son görüşündən sonra Baydenlə danışıqlar aparması ABŞ prezidentinin elektoratının dəstəyinin səviyyəsinə mənfi təsir göstərə bilər.
“HƏMAS lideri ilə danışıqlar ABŞ-dakı İsrail lobbisini də hiddətləndirib. Bu baxımdan onlar həm də Ərdoğanın gəlişinin qarşısını almağa çalışır”, - Selvi bildirib.
Selvi qeyd edib ki, Ərdoğan administrasiyasından səfərə hazırlığın dayandırılması ilə bağlı heç bir göstəriş olmayıb. Buna baxmayaraq, Türkiyənin bəzi müstəqil və müxalif medialarında səfərin ləğv edilməsi ilə bağlı xəbərlər yayılıb:
“Nə Xarici İşlər Nazirliyinə, nə də digər məsul strukturlara belə bir göstəriş verilib. Ərdoğan və Bayden arasında mayın 9-da danışıqların aparılması perspektivi ilə iş davam edir. Yalnız görüşün dəqiq vaxtı hələlik məlum deyil”.
Qeyd edək ki, hələlik Ərdoğan administrasiyası tərəfindən ABŞ-a səfərlə bağlı rəsmi açıqlama verilməyib. Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtona səfər və Baydenlə danışıqların mayın əvvəlinə planlaşdırıldığını bildirib.
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi