Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-a səfərini ləğv etmək qərarına gəlib. Çünki Amerika “Xarici agentlər haqqında” qanun layihəsinə baxılmasını dayandırmağı tələb edib.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Gürcüstanın Baş naziri ABŞ-a bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl ölkə parlamenti “Xarici təsirin şəffaflığına dair” qanun layihəsinə baxılmasını müvəqqəti dayandırsın. Şərti səfərin həyata keçirilməsi etimad və qarşılıqlı hörmətə əsaslanmalı olan tərəfdaşlıq ruhuna uyğun gəlmir və bu barədə ABŞ səfirinə ətraflı izahat verilib”, - bəyanatda deyilir.
- Ağdamın daha bir kəndində yanğın başladı
- Hüquqşünas alimə cinayət işi açıldı
- GL Group və Baker Hughes şirkətləri saziş imzalayıb
- GL Group ABŞ-da bunu əldə edən ilk Azərbaycan şirkəti oldu
- Başına 25 milyon qoyulmuşdu, indi taleyi də dəyişib, masası da... - Fotolar
- Xameneinin öldüyü hücum zamanı Əraqçi də orada imiş - İlk dəfə həmin gecədən danışdı
- Argentina futbolunda 300 milyonluq qalmaqal - FTB hərəkətə keçdi
- Bakının bu ərazilərində işıq olmayacaq