Xəbər verdiyimiz kimi, ötən gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinin noyabrda keçiriləcəyini, ancaq bu tarixin qabağa çəkilə biləcəyini deyib, seçkiyə hazırlıqla bağlı seçki komissiyalarına tapşırıq verib.
BUTA.TV xəbər verir ki, Azərbaycanda parlament seçkilərinin vaxtından əvvələ çəkilməsi ehtimalı Ermənistanda panika yaradıb.
Bu ölkənin “türkoloq”u, “alim”i, “araşdırmaçı”sı Varujan Geqamyan sosial şəbəkə hesabında yazıb ki, Azərbaycanda böyük ehtimalla növbədənkənar parlament seçkiləri keçiriləcək və bu, Ermənistana hazırlanacaq yeni hücumla bağlı ola bilər.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabr ayına düşür. Ancaq 11-24 noyabr tarixlərində ölkəmizdə beynəlxalq miqyaslı tədbir – COP29 keçiriləcək. Bu irimiqyaslı tədbiri, ölkəmizə ən azı 80 min qonağın və onlarla dövlət başçısı, nüfuzlu beynəlxalq təşkilat rəhbərlərinin gələcəyini nəzərə alaraq, seçkilərin vaxtının dəyişdirilməsi gündəmdədir.
Konstitusiyaya görə, parlament seçkilərinin vaxtı uzadıla bilməz, bu halda parlament qeyri-legitim sayılır, ancaq qabağa çəkilə bilər. Buna görə də Azərbaycanda parlament seçkilərinin yay aylarına çəkiləcəyi gözlənilir.
Bunun Ermənistana hücuma nə aidiyyəti var və ümumiyyətlə, ermənilər Azərbaycanda bütün hadisələrdən niyə xoflanırlar? – məlum deyil.
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok
- Mehdiyev oğlunu Patruşevlə tez-tez görüşdürürmüş - Şok foto
- Qaydalar təsdiqləndi: daha tez pensiya və yüksək məbləğ seçimi...