Müxtəlif ölkələrin hərbi qulluqçularının iştirak etdiyi kompüter dəstəkli komanda-qərargah təliminin icra mərhələsi keçirilir.
Müdafiə Nazirliyindən BUTA.TV-a bildirilib ki, təlimin ilkin mərhələsində təlimə nəzarət qərargahının hazırlıq prosesi həyata keçirilib, ssenari və icra olunacaq tapşırıqlara dair brifinq verilib.
Bildirilib ki, komanda-qərargah təlimində əsas diqqət qarşılıqlı təcrübə mübadiləsinin aparılması, iştirakçı ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, həmçinin onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsinə yönəldilib.
Bundan başqa çoxmillətli Müştərək Tapşırıq Qüvvəsinin qərargahında tətbiq olunan kompüter dəstəkli komanda-idarəetmə sistemləri təlim iştirakçıları tərəfindən məşq etdirilib.
Plana uyğun olaraq, təlimin icra mərhələsində çoxmillətli qərargaha daxil olan müdaxilələr əsasında müxtəlif tapşırıqlar icra olunur.
Azərbaycan Ordusunun təlimə cəlb edilən hərbi qulluqçuları digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.
Qeyd edək ki, mayın 30-dək keçiriləcək “EFES - 2024” çoxmillətli təlimi çərçivəsində kompüter dəstəkli komanda-qərargah fəaliyyətləri və döyüş atışlı praktiki məşqlər icra olunacaq.
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video
- Azərbaycan şirkətləri Monteneqroda 1 milyard dollar investisiya qoyub
- Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - Video