Lukaşenko nazirə yer qazdırdı: Axtar... - Video

14:22 - 3 May 2024 - GÜNDƏM

 Lukaşenko nazirə yer qazdırdı: Axtar... - Video

Belarus Prezidenti Aleksandr Lukaşenko Mogilyov vilayətinin Kostyukoviçski rayonuna səfər edib.

BUTA.TV xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

Səfər zamanı Lukaşenko əkin işlərinin mayın 9-na kimi başa çatmasını əmr edib.

Yoxlamalar zamanı Lukaşenko əkinin dərinliyini yoxlamaq üçün kənd təsərrüfatı naziri Sergey Bartyuşadan yeri qazmasını istəyib.

“Nazir hanı? Taxıl axtar. Yoxsa bunu necə etmək yadından çıxıb? Burada dərinlik nə qədərdir? Sən bilirsən, 4-5”, - Lukaşenko bildirib.

Nazir isə “necə yadımdan çıxa bilər” deyib və yeri qazmağa başlayıb.

Lukaşenko sonda taxıl əkinin prosesindən razı qaldığını açıqlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol