Ermənistan Baş Prokurorluğu Milli Təhlükəsizlik Xidmətinə Baş nazir Nikol Paşinyanın cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə bağlı müraciət göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə çıxışında bildirib.
“Müraciət sənədlərin, o cümlədən bir sıra əmlak arayışlarının yoxlanılması üçün Milli Təhlükəsizlik Xidmətinə göndərilib, yoxlanışdan sonra cinayət işinin başlanması məsələsi müzakirə olunacaq”, - o bildirib.
Qeyd edək ki, bir müddət öncə vəkil Ara Zöhrabyan və ehtiyatda olan polkovnik Hayk Nahapetyan Ermənistan Baş Prokurorluğuna cinayətlə bağlı məlumat təqdim edərək Nikol Paşinyanın məsuliyyətə cəlb olunmasını tələb ediblər. Bu, onların Ermənistanın suveren ərazilərinin Azərbaycana təslim olması hesab etdikləri delimitasiya prosesinin başlaması ilə bağlıdır.
- Pezeşkian şayiələrə son qoydu: Mən fəxr edirəm ki, türkəm!
- Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb
- Quru sərhədlərin açılması barədə vacib açıqlama
- Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol
- Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan
- Trampın Almaniya ilə Ermənistanı səhv salması...
- Qarabağla bağlı təxribatçı düzəliş qəbul olundu - Foto
- İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək