Yeni yol bu metrostansiyanın altından keçəcək? - Foto

18:18 - 3 May 2024 - GÜNDƏM

 Yeni yol bu metrostansiyanın altından keçəcək? - Foto

Xəbər verdiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metrostansiyasına yeni avtomobil yolunun inşası nəzərdə tutulur və bununla bağlı artıq ilkin işlər icra olunmaqdadır.

BUTA.TV xəbər verir ki, layihə ilə bağlı maraqlı məqam ondan ibarətdir ki, “City Garden Narimanov” yaşayış kompleksinin yaxınlığından keçəcək yol eyni zamanda “Bakmil” metrostansiyası ilə kəsişir.

Belə ki, xəritə üzərində əks olunan layihədə bunu müşahidə etmək mümkündür.

Hələ ki, aidiyyəti qurumlar bu detala aydınlıq gətirməyib. Ancaq ehtimal olunur ki, nəzərdə tutulan tunel “Bakmil” stansiyasının altından keçə bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol