İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.
BUTA.TV xəbər verir ki, "Real Madrid" sona 4 tur qalmış çempionluğu təmin edib.
Doğma meydanda "Kadis" klubuna 3 cavabsız qolla qalib gələn "kral klubu" "Barselona"nın səfərdə "Jirona"ya uduzmasından (2:4) sonra qızıl medalları rəsmiləşdirib. Bu, Madrid təmsilçisinin 36-cı La Liqa çempionluğu olub.
Qeyd edək ki, hazırda ilk pillədəki "Real Madrid"in 87 xalı var. İkinci sırada 74 xalla "Jirona" qərarlaşıb. İlk "üçlüy"ü isə 73 xalı olan "Barselona" tamamlayır.
- “Tramp yolu”na Kreml etiraz edib? - Mirzoyan
- Mehdiyevin Qəbələdə 3 villası varmış - Xüsusi məqam...
- Bakıdan İrəvana daha bir jest - Qriqoryan da danışdı
- Beynəlxalq tədbir: Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə...
- Azərbaycanla sülh bu halda uzunmüddətli olacaq
- Heydər Əliyev həmin məqamda protokolu pozdu... - Zülfüqarov
- Şoyqu Usubovla bu gün görüş keçirəcək
- Zəngəzur dəhlizi açılsa, Gürcüstan itirəcək