Azərbaycanla sərhəddən – Kirants kəndindən delimitasiyaya etiraz və işğala dəstək olaraq İrəvana doğru başlayan yürüşün “lideri” – erməni mediasının qəhrəmana çevirdiyi keşiş Baqrat maraqlı etiraf edib.
BUTA.TV xəbər verir ki, o, erməni mediasına açıqlamasında erməni xalqının yalandan qidalanan xalq olduğunu deyib.
“Biz yalandan qidalanan xalqıq, nifrətlə qidalanan xalqıq. Bu gün evdə insanlar bir-birinə iki kəlmə danışa bilmirlər, buna kim cavabdehdir?”
Əlbəttə, “müqəddəs” Baqrat bu ifadələri ayrı anlamda işlədib. Ancaq assosiativ olaraq, təhtəlşüurundakı həqiqəti dilə gətirib.
Doğrudan da ermənilər yalanla qidalanan, nifrətlə bəslənən bir xalqdır və terrorçudur. Bütün bunların cavabdehi də, məsuliyyət daşıyanı da kilsədir. Erməni kilsəsi daim qədim tariximizi ələ keçirmək, saxtalaşdırıb öz adına çıxmaq, Alban abidələrini dəyişdirərək, “qədim erməni abidəsi” kimi təqdim etməklə, erməni xalqı üçün yalançı tarix qondarmaqla məşğul olub. Onillərdir bu fəaliyyətin nəticəsində qana susamış, türkün torpağına göz dikən, türkün qoynuna girib, özünə yer edəndən sonra liana çevrilən bir “xalq” yetişib. Bu xalq hər 30 ildən bir öz nifrətini püskürməyə, qətliamlar törətməyə amadədir – başqa cür yaşaya bilmir.
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok
- Mehdiyev oğlunu Patruşevlə tez-tez görüşdürürmüş - Şok foto
- Qaydalar təsdiqləndi: daha tez pensiya və yüksək məbləğ seçimi...