Sərhədlərin delimitasiya və demarkasiya prosesi gözləniləndən daha uzun çəkə bilər.
Bu sözləri BUTA.TV-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib.
Siyasi şərhçi yalnız masada konkret razılaşmanın əldə edilməsi yolu ilə delimitasiya və demarkasiyanın sürətləndirilməsinin mümkün olduğunu bildirib:
“Azərbaycan və Ermənistan arasında sözügedən proses yalnız Qazaxın dörd kəndi ilə bağlı həyata keçirilib. Bu da Azərbaycanın ciddi tələbi və təzyiqləri nəticəsində mümkün oldu. Amma digər istiqamətlərdə proses davam etmir. Tərəflər arasında delimitasiya və demarkasiya ilə bağlı danışıqlar aparılır, amma hələlik nəticə yoxdur. Hətta xarici işlər nazirlərinin Almatı görüşündə də bu istiqamətdə gözlənilən irəliləyiş əldə olunmadı. Ona görə də fikrimcə, sərhədlərin delimitasiya və demarkasiyası fiziki yox, siyasi prosesdir. Yəni fiziki proses olmadığı üçün biz onun hansı müddətdə yekunlaşacağını dəqiq hesablaya bilmirik. Amma siyasi razılaşma əldə olunsa, bunun bir neçə ay ərzində həyata keçirilməsi mümkündür. Əks təqdirsə isə proses çox uzun illər davam edə bilər”.
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
Ekspert bildirib ki, hazırkı delimitasiya delimitasiyadan daha çox, Azərbaycanın 4 kəndinin işğaldan azad edilməsidir.
Qeyd edək ki, aparılan delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin olunub.
24 mayda DSX müəyyən edilən sərhəddə xidmətə başlayıb və azad edilən 4 kəndə nəzarəti üzərinə götürüb.
- Hörmüz boğazı ilə bağlı çoxtərəfli görüş olacaq
- İran ətrafında gərginlik: ABŞ gecə əməliyyatına hazırlaşır
- Xanımlar və cənablar, Füzuliyə enməyə başlayırıq... - Video
- Peterburqda benzin qıtlığı: YDM-də uzun növbələr...
- Bu ölkə dünya xəritəsindən silinəcək - Medvedyev
- Uzun müddət sonra ilk dəfə birlikdə görüntüləndilər
- Karapetyandan Paşinyana: Ruslar getsə, türklər gələcək!
- Yəmən də Muxaya zərbələr endirməyə başladı