Ermənistanla delimitasiya ilə bağlı əldə olunmuş yeni razılaşma və dörd kəndin Azərbaycana qaytarılması iki ölkə arasında normallaşma prosesinə müsbət təsir göstərib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşün yekununa dair keçirilən birgə mətbuat konfransında deyib.
O, Azərbaycanın sülh prosesinə sadiq olduğunu bir daha xatırladıb:
"Ümid edirik ki, bu, firavan və təhlükəsiz region üçün müsbət nəticələr verəcək. Bu gün həmkarım İshaq Darı regionumuzdakı münaqişədən sonrakı vəziyyət haqqında məlumatlandırdım. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa və yenidənqurma işləri, eləcə də uzun müddət davam edən mina təhlükəsi barədə məlumat verdim. Mina problemi səyləri çətinləşdirir. Ancaq Azərbaycanla Ermənistan arasında sərhədin müəyyən hissəsinin delimitasiyası və Ermənistanın uzun müddət işğal etdiyi dörd kəndin Azərbaycana qaytarılması ilə bağlı bu yaxınlarda əldə olunmuş razılaşma normallaşma yolunun işinə müsbət təsir göstərir".
- Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında
- Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt
- Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi
- Putin qəsdən görüş üçün bu şəhəri seçdi
- Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu
- Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü
- Zakir Həsənov Özbəkistana getdi, generalla görüşdü
- İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…