İstənilən nəticəni hələ əldə etməmişik - Salam
Vaşinqton, Beyrut və Təl-Əviv arasında “Üçtərəfli Çərçivə” yalnız danışıqlar üçün siyasi çərçivəni formalaşdırır, hüquqi mənada razılaşma və ya müqavilə demək deyil.
BUTA.TV xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Salam hökumətin iclasında bildirib.
O vurğulayıb ki, Beyrut danışıqlardan istənilən nəticələri hələ əldə etməyib. Qeyd edib ki, İsrail qoşunlarını Livan ərazilərindən tam geri çəkməyib. Əlavə edib ki, Livanın danışıqlarda mövqeyi daxili dəstək alanda daha güclü olur.
Nəvaf əlavə edib ki, bir neçə sakin hələ də əsirlikdədir və insanlar öz evlərinə qayıda bilmirlər:
“Buna baxmayaraq, danışıqlar hələ davam edir. Hökumətin siyasəti Livanın regional tərəflərin mübarizəsi meydanına çevrilməsinin qarşısını almağa yönəlib”.
Qeyd edək ki, sentyabrın 17-də Fransa prezidentinin dəvəti, Livan və İordaniyanın dövlət başçılarının iştirakı ilə Livan ordusuna və daxili təhlükəsizlik qüvvələrinə dəstək konfransı keçiriləcək.