Gürcüstanda yaşayan çox sayda həmvətənimiz müraciət edir.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputat bildirib ki, onlar azərbaycanlı olsa da, Gürcüstan vətəndaşıdır:
“Ailə Məcəlləsinə təklif edilən dəyişikliyi qəbul etsək, bu qadağalar onlara da şamil olunacaq. Əcnəbilərə tətbiq etdiyimiz qadağanı onlara da tətbiq edək? Onlar Gürcüstan vətəndaşı olsa da, azərbaycanlıdırlar. Gələcəkdə bu halı necəsə nəzərə almaq lazımdır”.
Qeyd edək ki, Ailə Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.
Yeni ingilis səfir Prezidentin qəbulunda azərbaycanca danışdı - Fotolar
- Sabah bu rayonlarda işıq olmayacaq
- “Azərbaycan Prezidentinə etdiyi bir zəng vəziyyəti tamam dəyişdi”
- Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
- Azərbaycanın dünən beynəlxalq axtarışa verdiyi Aleksey Çadayev istefa verdi
- Yeni rütbələri təqdim edildi - Fotolar
- Bakının bu ərazilərində mağazalar kütləvi şəkildə bağlanır
- Röyal Qədirliyə yüksək vəzifə verildi
- Vəkil Elşad Məmmədov həbs edildi - Yenilənib