Prezident fərman imzaladı

13:24 - 31 İyul 2024 - CƏMİYYƏT

 Prezident fərman imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Xüsusi təyinatlı təhsil müəssisələrinin təsis edilməsi Qaydaları”nın və “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 24 may tarixli 274 nömrəli və “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli və “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli fərmanlarının ləğv edilməsi barədə” 2022-ci il 5 mart tarixli 1626 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

BUTA.TV fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 403 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 22 may tarixli 69 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı”nın 1-ci hissəsinin yeddinci və səkkizinci abzasları müvafiq olaraq onuncu və on birinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda yeddinci – doqquzuncu abzaslar əlavə edilsin:

“Bakı Hərbi Kolleci;

Bu xəbər hal-hazırda çox oxunur
Bu gün Bakıda mühüm addım atıldı - Nazir

Gəncə Hərbi Kolleci;

Naxçıvan Hərbi Kolleci;”.

2. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli və “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli fərmanlarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli 1626 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 214 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş “Milli Müdafiə Universitetinin Nizamnaməsi” üzrə:

2.1.1. 4.2-ci bəndə “Mərkəzi,” sözündən sonra “Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci, Naxçıvan Hərbi Kolleci,” sözləri, “tədris şöbəsi,” sözlərindən sonra “fakültələr, kurslar,” sözləri əlavə edilsin;

2.1.2. 4.4-cü bəndin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“Universitet rektorunun müavinləri, habelə Universitetin tabeliyindəki Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Heydər Əliyev adına Hərbi İnstitutun rektorları və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən, Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin, Naxçıvan Hərbi Kollecinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Hərbi Liseyin rəisləri isə Universitet rektorunun təqdimatına əsasən Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.”;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Heydər Əliyev adına Hərbi İnstitutun Nizamnaməsi” üzrə:

2.2.1. 1.1-ci bənddən və 3.1.4-cü yarımbənddən “orta ixtisas təhsili,” sözləri çıxarılsın;

2.2.2. 1.3-cü bənddən “orta ixtisas təhsilli mütəxəssislər və” sözləri çıxarılsın;

2.2.3. 5.2.2-ci yarımbənd, 6.2-ci və 7.28-ci bəndlər ləğv edilsin;

2.2.4. 6.3-cü bənddən “orta ixtisas təhsili pilləsinə və” sözləri çıxarılsın;

2.2.5. 7.3-cü bəndin ikinci cümləsində “Universitet” sözü “İnstitut” sözü ilə əvəz edilsin;

2.2.6. 7.18-ci bənddən “orta ixtisas,” sözləri çıxarılsın.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol