Bu, hazırkı rekordçudan - orada yerləşən Bürc Xəlifədən - geri qalacaq, lakin Kuala-Lumpurdakı 679 metrlik Merdeka 118 qülləsini keçəcək.
BUTA.TV xəbər verir ki, bu barədə inşaatçı "Azizi Developments" şirkəti X sosial şəbəkəsində məlumat verib.
Qüllə “Bürc Əzizi” adlanacaq və hündürlüyü 725 metr olacaq. Bina Şeyx Zayed prospektində tikiləcək. Layihə 1.63 milyard dollara başa gələcək və tikinti işlərinin 2027-ci ildə tamamlanması nəzərdə tutulur.
Qüllənin dizaynı düzbucaqlı formalarda hazırlanıb və getdikcə daralır. Binanın fasadı tam şüşə ilə örtüləcək.
“Bürc Əzizi” ticarət mərkəzi, lüks rezidensiyalar və penthauslar, yeddiulduzlu hotel və unikal müşahidə meydançasına sahib olacaq. Binanın bir hissəsində iaşə obyektləri və digər xidmət müəssisələri də yerləşəcək.
Qeyd edək ki, dünyanın ən hündür binası olan 163 mərtəbəli Bürc Xəlifənin hündürlüyü 828 metrdir. O, 2004-2010-cu illərdə tikilib.
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı