Bakıda həbsdə olan Ruben Vardanyan Ermənistanın baş nazirinin son mətbuat konfransı zamanı ona ünvanladığı bəyanata cavab verib.
BUTA.TV Unikal-a istinadla xəbər verir ki, bu barədə Ruben Vardanyanın ofisi məlumat yayıb.
Erməni milyarder bildirib ki, o, Paşinyanla söhbətində Ermənistanın siyasətinə qarışmayacağını deyib: "Əgər Baş nazirin mənimlə bağlı hər hansı sualı olarsa, o, 2022-ci ilin noyabrında, mən həm də dövlət naziri vəzifəsini icra etdiyim zaman mənə müraciət edərdi. İstənilən halda, mən indi də onun istənilən sualına cavab verməyə hazıram.
Baş nazirə xatırlatmaq istəyirəm ki, 2018-ci ilin yazında onunla ilk dəfə həmkarlarımızla, dördümüzlə görüşəndə ona dedim ki, biz Ermənistan hakimiyyətinə münasibətdən asılı olmayaraq xeyriyyəçiliklə məşğul oluruq, çünki bunu xalq üçün edirik.
“Xanımlar bilirdilər, harada qalıram, zəngi basıb qaçırdılar” - Videomüsahibə
İndi xalqımız öz tarixinin ən çətin dövrlərindən birini yaşayır, lakin mən inanıram ki, çətinliklərə və fikir ayrılıqlarına baxmayaraq, biz bu mərhələni keçib, sülh və işıqlı gələcək qura biləcəyik".
- DÇ matçında futbolçunun ayağı sındı - Dəhşətli anlar - Video
- Atalarının izi ilə gedən 3 oğul 32 il sonra eyni anda meydana çıxdı - Foto
- Bakı, Salyan və Masallının bu ərazilərində işıq olmayacaq
- Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
- Prezidentin sosial media hesablarında İİB ilə bağlı paylaşım - Video
- Naxçıvana iki reys ləğv edildi
- AZAL-ın bu uçuşları ləğv olundu - Səbəb havadır
- Prezident işsizlik səviyyəsindən danışdı - Diqqət mərkəzində olacaq