Balakən rayonunda şəhidin xatirə muzeyində yanğın baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kortala kəndində qeydə alınıb.
Belə ki, Vətən müharibəsi şəhidi Əsgər Hüseynovun doğulduğu evin həyətində onun xatirəsinə inşa edilən yardımçı tikilidə qəfil yanğın baş verib.
Qonşuların köməyi ilə yanğın yerindən şəhidə məxsus bir neçə əşyanı çıxarmaq mümkün olub. Yanğın daha sonra yaxınlıqdakı mal tövləsinə də keçib.
146 zərbə ilə öldürülən Arzunun anası Türkiyəyə getdi - Kürəkəninə ağır cəza tələb etdi
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Balakən Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğının yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
- Ərdoğan basketbol oynadı: “Yenə qalib gəldi!” – Video
- Rəis müavinini elektrik cərəyanı vurub öldürdü
- Rusiya bir gecədə 777 ədəd PUA vurdu: ölənlər var
- Müğənnilərin konsert biletləri neçəyədir? – Qiymətlər təəccübləndirir
- Erməni general Hindistan bazasında
- Mirziyayev Paşinyanı təbrik etdi
- “Filankəs xanımın məktəbi” yaxşı anlayış deyil”
- Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur - Yenilənib