Balakən rayonunda şəhidin xatirə muzeyində yanğın baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kortala kəndində qeydə alınıb.
Belə ki, Vətən müharibəsi şəhidi Əsgər Hüseynovun doğulduğu evin həyətində onun xatirəsinə inşa edilən yardımçı tikilidə qəfil yanğın baş verib.
Qonşuların köməyi ilə yanğın yerindən şəhidə məxsus bir neçə əşyanı çıxarmaq mümkün olub. Yanğın daha sonra yaxınlıqdakı mal tövləsinə də keçib.
“Koroğlu”da yeni nişan quraşdırıldı - 100 manat+2 bal cərimələnə bilərsiniz-Yenilənib
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Balakən Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Yanğının yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
- Ukrayna ordusu Rusiyanın mühüm zavodunu vurdu - Video
- İran polisi mülki şəxsi güllələdi
- Husilər şəhərə girdi, Səudiyyə zərbələr endirdi
- Rusiya qazı ucuz deyil - Paşinyan
- “Dedilər ki, bu adamın əli hər yerə girir, sənə kömək edəcək”
- Dünyanın ən varlı 10 şəxsi – hamısı bu ölkədəndir
- İsveçrədə turist avtobusu aşdı: 5 ölü, 40 yaralı
- Ərdoğan basketbol oynadı: “Yenə qalib gəldi!” – Video