Xəbər verdiyimiz kimi, sahibkar və Ermənistan parlamentinin keçmiş deputatı Samvel Aleksanyanın Moskvaya girişinə qadağa qoyulub.
BUTA.TV xəbər verir ki, “24 Nyus” (24 News) saytı Rusiya hüquq-mühafizə orqanlarının onun milyardlarla rublla bağlı cinayət işləri çərçivəsində axtarışda olan Soçidən olan erməni iş adamı Ruben Tatulyanla (Robson) biznes ortaqlığını üzə çıxartdığını yazıb.
Digər iddialara görə isə Aleksanyanla Robson arasında biznes əlaqəsindən bəhanə kimi istifadə edilib, əslində isə onun Rusiyaya buxarılmamasının səbəbi tamam başqadır. Belə ki, Aleksanyan Rusiya Federasiyasında yaşayan azərbaycanlı sahibkar Qod Nisanova məxsus Moskvanın məşhur “Food City” topdansatış mərkəzini kənd təsərrüfatı məhsulları ilə təmin etməyə çalışıb. Nisanov Rusiya təhlükəsizlik dairələrində böyük əlaqələri və təsiri ilə tanınır. Samvel Aleksanyanın bu bazaları kənd təsərrüfatı məhsulları ilə təmin etməyə çalışdığını öyrənən Nisanov hüquq-mühafizə orqanlarından onun Rusiyaya girişinə qadağa qoyulması üçün səbəb tapmağı xahiş edib. Bundan sonra Aleksanyanla Robson arasında işgüzar əlaqələr ifşa edilib.
Daha bir iddia isə Aleksanyanın Paşinyanın partiyasını maliyələşdirməsidir. Bildirilib ki, Rusiyada bu, “dost olmayan rejimlərin maliyyələşdirilməsi” kimi qiymətləndirilib.
Qeyd edək ki, bir müddət əvvəl toyda iştirak etmək üçün ailəsi ilə bərabər Rusiyaya gedən Aleksanyan aeroportda saxlanılmış və geri qaytarılmışdı.
- Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı
- Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi
- Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı
- Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
- Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan
- Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər
- Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?