Azərpoçt MMC-yə məxsus “Postcargo” Qarabağ iqtisadi rayonuna beynəlxalq poçt bağlamalarının çatdırılmasına başlayıb.
MMC-dən BUTA.TV-a bildirilib ki, hazırda Xankəndi və Füzuli şəhərlərinə çatdırılma edən şirkət yaxın vaxtlarda əhatə dairəsini genişləndirərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının digər şəhər və yaşayış məntəqələrində də fəaliyyət göstərməyi planlaşdırır.
Qarabağda yaşayan vətəndaşlarımız www.postcargo.az saytı vasitəsilə Türkiyə, ABŞ və Almaniyanın onlayn alış-veriş platformalarından məhsulları sifariş edə bilərlər.
“Vətəndaşlardan çatdırılma məntəqələrini seçərkən Xankəndi Poçt Filialı üçün AZ2600, Füzuli şəhəri üzrə isə AZ1900 indeks kodlarını qeyd etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.
Elçin Quliyev müdafiə naziri təyin olunacaq? - DİQQƏTÇƏKƏN RUSİYA DETALI
Məlumat üçün bildirək ki, şirkət ölkə boyu fəaliyyət göstərən 1000-dən çox poçt şöbəsi ilə vətəndaşlara əlçatandır.
- Qusarda qadın kirayə yaşadığı evdə dəm qazından boğuldu
- Sabah hava necə olacaq?
- 66 yaşında yüksək vəzifəyə təyin olundu - Foto
- Naxçıvanda bir ailənin 6 üzvü qazdan zəhərləndi: ölən var
- Məleykə Abbaszadə hansı məşhurun gəlini olub?
- Daha bir maye qazdoldurma məntəqəsi bağlandı - Video
- İlhamiyyə Rza televiziya karyerasını bitirdi
- Yol polisindən sürücülərə müraciət