“Bəzi işbazlar hava şəraitindən istifadə edərək insan sağlamlığını riskə atırlar”

18:36 - 8 Noyabr 2024 - SAĞLAMLIQ

 “Bəzi işbazlar hava şəraitindən istifadə edərək insan sağlamlığını riskə atırlar”

“Qış aylarında havaların soyuq keçməsi insanlarda immunitetin aşağı düşməsi ilə nəticələnə bilir. Qidalanmamızda düzgün seçim etməməyimiz xəstəliklərə yoluxmamıza yol açır. İmkan daxilində qidalanmaya riayət etməliyik”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında qida eksperti İlkin Şirinov bildirib. O, qış fəslində xəstəliklərdən qorunmaq üçün düzgün qidalanma üsullarından söz açıb:

“Qış aylarında insanlar daha çox açıq şəraitdə işləyirlər. Belə olan halda damarlarda donma və daralma prosesi baş verir. Ona görə də elə qidalar seçməliyik ki, bu sağlamlığımız bahasına başa gəlməsin.

Ən çox yarmalardan hazırlanan sıyıqlar məsləhət görülür. Arpa və yulafdan hazırlanan sıyıqlar insan bədənində toxluq yaradır və bədəni kalori ilə yükləmir. Bununla yanaşı, dəniz məhsulları, balıqdan hazırlanan qidalar tərkibində D vitamini mövcud olduğu üçün məsləhətlidir. Sözügedən məhsullar ürək-damar sisteminə müsbət təsir göstərir. Qoz-fındıq da məsləhət görülür. Bunlardan istifadə insan bədənində olan E vitaminini zənginləşdirir. Ancaq qoz və fındığı günlük 30 qramdan çox qəbul etmək tövsiyə olunmur. Çünki bu çərəzlərdən artıq istifadə mədədə müxtəlif xəstəliklərlə müşahidə oluna bilər.

Bu xəbər hal-hazırda çox oxunur
İranın vitse-prezidenti Bakıda çağırış etdi

Kök, meyvə quruları, bal kimi qidalar da immuniteti gücləndirir. Həmçinin, müxtəlif yeməklərin hazırlanması və süfrədə sarımsaq, zəncəfil kimi əlavələrdən də istehlak etmək məqsədəuyğundur”.

Ekspert əlavə edib ki, ölü qidalardan uzaq olmaq lazımdır:

“Təbii qidalara üstünlük veririksə, mövsümündə yeyilən kələm, kök, çuğundur salatlarından istifadə etmək olar. Ancaq bir şərt var ki, tərkibinə müxtəlif qatqılardan istifadə etməmək lazımdır.

Bu gün bəzi işbazlar hava şəraitindən istifadə edərək insan sağlamlığını riskə atacaq davranış sərgiləyirlər. Havanın soyuq keçməsini bəhanə edərək məhsulları daşıyan avtomobillərin soyuducusunu işə salmırlar. Turşu, ət və toyuq məhsullarını alarkən diqqətli olmaq lazımdır. Çünki müxtəlif satış mərkəzlərində soyuq havanı bəhanə edənlər mağazada soyuducu olmasına baxmayaraq, onu elektrik xəttinə qoşmur və məhsulları belə şəraitdə saxlayırlar.

Hazırda zəhərlənmələr ən çox göbələkdən, ondan hazırlanan salatlardan yarımfabrikatlardan baş verir. Bütün bunların ən birinci səbəbi məhsulun saxlanma şəraitidir. Bu məqama fikir verməməklərinin səbəbi isə sağlamlıqlarına soyuqqanlı yanaşmalarıdır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol