Prezident İlham Əliyev Azərbaycan hökumətinə əmək haqlarının və sosial müavinətlərin artırılması ilə bağlı tapşırıq verib.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə maliyyə naziri Samir Şərifov bildirib.
"Gələn ilin büdcəsində bununla bağlı müvafiq vəsait nəzərədə tutulub", - deyə o qeyd edib.
Bundan başqa, nazir deyib ki, büdcə xərclərinin səmərəliliyi məsələsi hökuməti maraqlandıran məsələlərdən biridir:
"Burada konsensus tapmalıyıq ki, xərclər necə planlaşdırılsın. Həm hökumət, həm də Hesablama Palatası vasitəsilə Milli Məclisin xərclərə nəzarəti olmalıdır".
S.Şərifov həmçinin bildirib ki, fiskal orqanların fəaliyyəti və dövlətin stimullaşdırma tədbirləri nəticəsində qeyri-neft-qaz sektorunda müsbət nəticələr var:
"Ola bilər ki, qeyri-neft-qaz sektorunda vəziyyət hazırda istənilən səviyyədə deyil, ancaq bu il büdcəyə 960 milyon manat əlavə qeyri-neft-qaz gəlirləri daxil olub".
- 75% vergi güzəşti kimlərə və necə tətbiq ediləcək? - Millət vəkili
- Uraloğludan Zəngəzur açıqlaması: Bakı qərar verəcək!
- Azərbaycan bu dəhlizlə bağlı mühüm işlər görür - Uraloğlu
- İldə 46 milyon ayrılır, amma zərər əmələ gəlir - Nazir
- Başçı oğlu yarım milyonluq maşınına yeni nömrə aldı - FOTO
- Nazirdən polislərə müjdə: Maaşları artırılacaq
- Azərbaycan-Türkiyə münasibətlərində nə baş verir?
- Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır