Ermənistanın Xarici İşlər Nazirliyi Azərbaycanla transsərhəd su resurslarının idarə olunması sahəsində əməkdaşlıq haqqında iddiaları təkzib edib.
BUTA.TV xəbər verir ki, bunu nazirlik ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbinin “Ermənistan və Azərbaycanın mütəxəssisləri transsərhəd çayların resurslarının idarə olunması üzrə kompleks bir sxemin yaradılması istiqamətində birgə işləyirlər” açıqlamasına cavabında deyib.
“Ermənistan və Azərbaycanın qeyd olunan sahədə rəsmi əməkdaşlığı yoxdur. Bu mövzu üzrə əlaqələr yalnız iki ölkənin vətəndaş cəmiyyəti təşkilatları arasında olub”, – nazirlik qeyd edib.
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı