Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili hesab edir ki, Ukraynada münaqişənin başa çatmasından sonra Rusiya Gürcüstan və Ermənistana qarşı hərbi təcavüz planını işə sala bilər.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, o, bu fikri Tiflis Şəhər Məhkəməsində işi üzrə keçirilən iclasda distant qaydada çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, Ukraynada münaqişəyə son qoyulması ilə Rusiya hərbi maşınını dayandırmayacaq.
“Rusiyaya hər hansı hərbi kampaniya aparmaq lazım gələcək, belə ki, bunsuz Rusiya dövləti dağılacaq. Rusiya Ukraynada müharibə başa çatandan sonra hara müdaxilə edəcək? Yəqin ki, Baltikyanı ölkələr olmayacaq, çünki onlar NATO-nun çətiri altındadırlar və prezident Tramp buna yol verməz. Azərbaycanın güclü ordusu və Türkiyənin dəstəyi var. Qazaxıstan da istisnadır, belə ki, bu ölkədə Çin faktoru önəmlidir və Pekin buna yol verməz”, - M.Saakaşvili söyləyib.
Sabiq dövlət başçısı qeyd edib ki, yalnız iki ölkə - Gürcüstan və Ermənistan qalır.
“Ermənistan Azərbaycan və Türkiyə ilə geosiyasi münasibətlərini nizama sala bilmir və çox zəifdir. Ölkəyə özünün siyasi oriyentasiyasını dəqiqləşdirməsi üçün uzun zaman tələb olundu və zaman boşuna xərcləndi. Gürcüstan dəstəksiz qalıb, ordusu məhv edilib. Beləliklə, Ukraynada müharibə başa çatan kimi Gürcüstan və onun vasitəsilə Ermənistanın tam hərbi işğalı ilə bağlı çox böyük təhlükə yaranacaq”, - o deyib.
- Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video
- Gəncədə törədilən növbəti terrordan beş il ötür
- Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama
- Zakir Qaralovun şirkətləri qara siyahıya salındı
- Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc
- Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video
- Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?
- Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - Şok