10:15
Müğənni İlkin Fuadın ailəsində ağır itki baş verib.
Kult.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə müğənni öz sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, müğənninin anası və nənəsi vəfat edib.
Onların dəm qazından zəhərləndiyi ehtimal olunur.
***
TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25 fevral saat 23:12-də Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsi ərazisindən iki nəfərin (qadın cinsli) dəm qazından zəhərlənmə şübhəsi ilə çağırış daxil olub.
Qeyd olunub ki, çağırış saat 23:19-da ilk azad təcili tibbi yardım briqadasına ötürülüb:
"Çağırış ünvanının qeyri-dəqiqliyi və qeyd olunan kontaktla əlaqə yaratmağın mümkün olmadığı üçün ünvanın tapılmasında çətinlik yaranıb. Buna baxmayaraq, saat 23:36-da briqada hadisə yerinə çatıb.
Təcili tibbi yardım briqadası tərəfindən iki şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb. Lakin ünvanda olan şəxslərin təkidi ilə briqada ölüm faktı qeydə alınan şəxslərdən birini (1962-ci il təvəllüdlü) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edib. Tibb müəssisəsində də şəxsin ölüm faktı təsdiq olunub.
Meyitlər hüquq-mühafizə orqanlarının müşayiəti ilə morqa təhvil verilib".
- Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...
- Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan
- Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq
- Tramp və Netanyahu Xameneinin öldürülməsi qərarını müzakirə edir
- Ermənistanla buna nail olmuşuq, bu, yaxşı əlamətdir
- Bakıya qarşı təxribat aparan “Lenta.ru”nun rəhbəri niyə dəyişdi?
- Heydər Əliyevin bunu deməyə mənəvi haqqı çatırdı…
- Pezeşkian Azərbaycanla bağlı bu iddianı rədd etdi