Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Investopia 2025” tədbiri çərçivəsində Ərəb ölkələri-Mərkəzi Asiya-Azərbaycan biznes forumu keçirilib.
BUTA.TV İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli forum çərçivəsində təşkil edilən tədbirlərdə iştirak edib.
Forum çərçivəsində “Regional dəhlizlər: biznes imkanlarının yaradılması” mövzusunda keçirilən panel iclasda çıxış edən iqtisadiyat nazirinin müavini ölkəmizin ərəb dövlətləri ilə Mərkəzi Asiya arasında kəsişən strateji mövqedə yerləşməsinin çoxtərəfli regional əməkdaşlığın inkişafında rolundan bəhs edib.
Tədbirdə ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib. Vurğulanıb ki, Ələt Azad İqtisadi Zonası, həmçinin şirkətlər üçün müasir infrastruktura çıxış, vergi güzəştləri və bir sıra biznesə dəstək xidmətləri təklif edən sənaye parkları sərmayədarlar üçün geniş imkanlar yaradır, biznesin inkişafı üçün dinamik mühiti təmin edir.
"Nalayiq ifadələr işlədib, xəritələri masadan atıb və onu hədələyib" - Tramp Zelenski ilə görüşdə "dəli" olub
Nazirlərin Dəyirmi Masasında Ərəb ölkələri - Mərkəzi Asiya - Azərbaycan biznes forumu yekunlarına dair “Əbu-Dabi Kommunikesi” qəbul olunub.
Sənəddə ərəb ölkələri, Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi, nəqliyyat marşrutlarının inkişaf etdirilməsi, güclü logistika və ticarət şəbəkələrinin qurulması, təhsil mübadiləsi və s. məsələlər öz əksini tapıb.
- Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı
- Qafarova və Simonyan nələri müzakirə etdi?
- Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...
- Bakının orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...
- Astanada Heydər Əliyevin ən sevdiyi mahnı səsləndirildi - Video
- İlham Əliyevin qərarını alqışlayırıq - İrəvan
- Tokayevdən Əliyevə maraqlı hədiyyə - Video
- İlham Əliyevdən TRİPP layihəsi ilə bağlı açıqlama