ABŞ Prezidenti Donald Trampın son siyasi gedişlərinin dollara mənfi təsir edəcəyi ətrafında fikirlər güclənir. Hətta onun valyuta olaraq hegemonluğunu itirəcəyi bildirilir. Məlumata görə, bundan əvvəl Ağ Ev sahibinin Kanada, Meksika və Çindən idxal edilən əksər mallara gömrük rüsumları tətbiq etməsi prosesə təsir edib.
BUTA.TV xəbər verir ki, iqtisadçı Natiq Cəfərli deyib ki, dollar heç vaxt aparıcı valyuta statusunu itirməyəcək. Onun fikrincə, Donald Trampın atdığı addımlar dollara təsir etmir: “Bu, bəzi insanların uydurduğu hekayələrdir. Dolların ucuzlaşması baş versə də, bu, bilərəkdən atılmış addımdır. Çünki ucuz dollar ABŞ iqtisadiyyatı üçün lazımdır. Dolların indeksi aşağı düşdükcə Vaşinqtonda istehsal və ixrac etmək stimullaşır”.
Natiq Cəfərli deyib ki, dolların hegemonluğu üçün təhlükə yoxdur:
“Dünya ticarəti hələ də 70 faiz dollar üzərindən həyata keçirilir. Müxtəlif ölkələr ehtiyat valyuta kimi dollardan istifadə edir. Bu baxımdan onun aqibəti ilə bağlı hansısa ciddi gəlişmələrin, mənfi hadisələrin olması gözlənilmir. Ən azı yaxın illərdə bu, mümkün görünmür”.
- Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Foto
- Ərdoğanın müavini Azərbayacana gəlir
- Bir-iki il əvvəl Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan
- Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...
- Rusiya Zəngəzur dəhlizinə etiraz etdi
- Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü
- 30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...
- Dubay şeyxinin keçmiş həyat yoldaşı olan tanınmış gimnastın durumu - Bu detal müdaxiləyə imkan vermir