Ağdaşda kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəlib.
BUTA.TV Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə rayon mərkəzində - Nizami küçəsində yerləşən evlərdən birində baş verib.
Manqal qalayıb, kabab bişirmək istəyən ailə üzvləri küləkli havada benzini manqala tökərək, od vurublar. Nəticədə benzin partlayışa səbəb olub.
Hadisə zamanı 1956-cı il təvəllüdlü Ədalət Yunis qızı Əliyeva və 1978-ci il təvəllüdlü oğlu Ərəstun Arif oğlu Əliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
- Moskvaya gedən avtobus qəzaya uğradı: 5 ölü, 38 yaralı
- Nepalda ölənlərin sayı 734 nəfərə çatdı
- Biz hazır olmalıyıq, hücumun nə vaxt olacağını... - Karis
- 1649-cu gün: Rusiyanın itkiləri yeniləndi
- FHN-dən qeyri-sabit hava ilə bağlı əhaliyə - Müraciət
- Bunu biz təklif etməsək, Rusiya edəcək - Budanov
- Avropa Rusiya ilə dialoqu yeniləməlidir, çünki... - Stubb
- Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video